8 yanvar 2020-ci il tarixindən etibarən Azercell öz şəxsi kabinet adlı mobil tətbiqində "Mobil ödəmə" xidmətini əlavə edib. Bu xidmət vasitəsi ilə azercell mobil nömrənizin balansı vasitəsilə kommunal və digər ödəmələrinizi edə bilərsiniz.Şəxsi fikrimcə bu xidmət Balansa yatırdığımız pulun çıxarılması effektini verəcək.
Məsələn, nömrədə yığılıb qalan və istifadə etmədiyimiz balansdan istifadə edərək ödəmələrimizi edə bilərik. Nömrənin aktivlik müddəti artsın deyə balansı artırmaq ehtiyac olduqda balansı asanlıqla böyük məbləğə artırıb sonradan həmin balansla ödəmələrimizi etməklə istifadə edə bilərsiniz.
Xidmətdən yararlanmaq üçün Azercell şəxsi kabinet mobil tətbiqini yükləmək və yaxud son versiyaya yeniləmək lazımdır.
Şəxsi kabinetin menyusundan "Mobil Ödəmə" menyusuna daxil olub, istifadə şərtləri ilə tanış olmaq lazımdır.
Şərtləri qəbul etdikdən dərhal sonra ödənişlərimizi edə bilərik.
Ödəniş etmək mümkün olan siyahı hələ çox kiçikdir. Qısa zamanda ödəmə imkanlarının artırılacağına söz verilib.
Qeyd etmək lazımdır ki, "mobil ödəmə" xidmətində aşağıdakı limitlər mövcuddur.
Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com
Blog yazılarım
Bloga keçidƏn son yeniliklər
Telegrama keçid© 2013-2022