ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI 

Shamxal Bayramov

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.

ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI 

Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.

https://edvgerial.az/

Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin

Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin.

Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.

Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com