Bakıda su verilməsinin normal rejimi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatı 📢

388 oxunuş 1 dəqiqə

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb.

Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.

Bakıda su verilməsinin normal rejimi

Digər yazılar

Yeni il bayramı zamanı iş və istirahət günləri (2024)
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə günlərin yerləri dəyişdirilib.
Сümhuriyyət bağı
Bakıda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yeni park "peyda" olub 🏞
COP29 zamanı iş və istirahət günləri (2024)
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə iş və istirahət günləri təqvimi
Квартира в Sea Breeze -Araşdırma
Emin Ağalarovun Hədiyyə Kampaniyası – Saxta Yoxsa Gerçək?