Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən:
8 noyabr 2024-cü il – Zəfər Günü,
9 noyabr 2024-cü il – Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür.
9 noyabr 2024-cü il tarixi şənbə gününə təsadüf etdiyindən növbəti 11 noyabr iş günü qeyri-iş günü hesab edilir.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 8, 9, 10, 11, 12, 13 noyabr tarixləri qeyri-iş günləridir.
16 və 23 noyabr günləri iş günləri hesab edilib.
Bununla bağlı bayramlar qabağı 7 noyabr tarixi bir saat qısaldılmış hesab edilir.
İstehsalat təqvimi və digər qeyri-iş günləri barəsində "İstehsalat təqvimi - 2024" bloq yazımda oxuya bilərsiniz.