ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI

ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.

1250 oxunuş
2 dəqiqə

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.

ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI

Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.

https://edvgerial.az/ Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin

Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin **12 simvollu fiskal ID-ni **daxil edin.

Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.

Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com

ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI

Digər yazılar

İstehsalat təqvimi - 2025
2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Yeni il bayramı zamanı iş və istirahət günləri (2024)
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə günlərin yerləri dəyişdirilib.
Сümhuriyyət bağı
Bakıda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yeni park "peyda" olub 🏞
COP29 zamanı iş və istirahət günləri (2024)
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə iş və istirahət günləri təqvimi