Квартира в Sea Breeze -Araşdırma

Emin Ağalarovun Hədiyyə Kampaniyası – Saxta Yoxsa Gerçək?

86 oxunuş 5 dəqiqə

Son zamanlar sosial şəbəkələrdə bir çox məşhur şəxslər hədiyyə kampaniyaları keçirir və bu kampaniyalar həm də izləyicilər üçün maraqlı bir təşəbbüsə çevrilir. Məşhur biznesmen və müğənni Emin Ağalarov da bu tendensiyanı izləyərək öz izləyicilərinə hədiyyə kampaniyası təqdim etdi. Hədiyyə olaraq Sea Breeze -dən ev seçdi və bunu maraqlı video şəklində təqdim etdi. Hətta bu kampaniyadan uzun müddət ərzində viral trend olaraq qaldı, hamı bu kampaniya haqqında danışırdı.

Zamanı gəldiyində qalib canlı yayımda, xarici bir sayt vasitəsi ilə təsadüfi seçilərək, hədiyyə ona təqdim edildi. Mövzu bitdi?

Xeyr, bəzi insanlar bu cür kampaniyaların dürüst şəkildə keçirilmədiyinə, hətta saxta olduğuna inanırlar. Amma gəlin Emin Ağalarovun hədiyyə kampaniyasını daha yaxından araşdıraq.

Canlı yayımda göstərilən videoda operator brauzerdə linki göstərir. Bu vebsayt giveawayjet.com saytıdır.

GiveawayJet Platforması haqqında nə bilmək lazımdır? GiveawayJet platforması, sosial mediada keçirilən hədiyyə kampaniyalarının ədalətli və şəffaf şəkildə keçirilməsi üçün nəzərdə tutulmuş peşəkar bir vasitədir. Bu platformanın əsas xüsusiyyətləri:

  • Tam avtomatlaşdırılmış sistem: GiveawayJet kampaniya təşkilatçısının birbaşa təsiri olmadan, təsadüfi seçim əsasında qalibləri təyin edir.
  • Şəffaflıq: Hər bir kampaniya nəticələri unikal bir link vasitəsilə paylaşılır və hər kəs bu nəticələri görə bilər. Bu, iştirakçılar arasında etimadı gücləndirir.
  • Qalibin seçilmə prosesi: GiveawayJet təsadüfi olaraq, Random generatoru vasitəsilə qalibləri seçir. Bu metod kampaniyanın saxta olmadığını və ədalətli keçirildiyini göstərir.

Emin Ağalarov da öz kampaniyasında məhz bu platformadan istifadə edib. GiveawayJet-in təqdim etdiyi nəticələr linki isə şəffaflığın bir nümunəsidir. Hər bir iştirakçı bu link vasitəsilə nəticələri izləyə bilir.

Biz videoda göstərilən linki, kadrı tutaraq, linki tapa bildik və daxil olduq.

GiveawayJet nəticə linki

17 Oktyabr 2024 tarixinə əsasən bu link işləkdir.

Əlavə olaraq, bax bu yerdə Emin bəyə və digər bu cür giveaway keçirtmək istəyən şəxslərə məsləhət edə bilərik ki, nəticələri göstərərkən, bu cür detalları da açıq şəkildə qeyd etsinlər, sayt, link və s.

Düşünürəm ki, bu kampaniyanın saxta olmadığına dair güclü sübutdur.

Əgər siz də bu hədiyyə kampaniyasına qatılmaq və ya digər belə kampaniyaların dürüstlüyünü yoxlamaq istəyirsinizsə, diqqətli olmağı və nəticələri hər zaman etibarlı platformalardan izləməyi tövsiyə edirik.

Квартира в Sea Breeze -Araşdırma

Digər yazılar

Сümhuriyyət bağı
Bakıda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yeni park "peyda" olub 🏞
COP29 zamanı iş və istirahət günləri (2024)
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə iş və istirahət günləri təqvimi
Şengen Vizası
Şengen Vizası almaq üçün Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib, lazımi sənədlər barəsində məlumat ala bilərsiniz.
Crescent Mall fontan saatı
Crescent Mall terras ərazisində yerləşən xoreoqrafik fontan şousu yenidən xidmətinizdədir! ⛲️