Şengen Vizası

Şengen Vizası almaq üçün Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib, lazımi sənədlər barəsində məlumat ala bilərsiniz.

90 oxunuş 3 dəqiqə

Bu yazı shamkh.al blogumdan arxivləşdirilib.

Əvvəlcə viki məlumatlara göz keçirdək və başa düşək Şengen dedikdə nə nəzərdə tutulur. Deməli 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən Avropa İttifaqının vətəndaşları dövlətlər arası vizasız hərəkətini təmin edilir. Hal hazırda Şengen ərazisinə aşağıdakı dövlətlərinə Almaniya, Fransa, İtaliya və s. digər avropa dövlətləri daxildir. Bütün siyahını yazının sonunda qeyd edəcəm.

Amma digər dövlətlərin vətəndaşları üçün bu ölkələri ziyarət etmək üçün VISA [Viza] alınması gərəkdir. Viza alınması prosesi 1-3 həftə və müəyyən hallarda daha çox zaman ala bilər. Bu səbəbdən Səyahətinizi planlaşdırarkən 1 ay öncədən hazırlıqlara başlamaq lazımdır.

Şengen Vizası almaq üçün Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib, lazımi sənədlər barəsində məlumat ala bilərsiniz. Mən öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, turistik vizaların verilməsi daha asan həyata keçir. Əsas məsələ sənin səfirliyə özünün maddi tərəfini isbat etmək, sənədlərin qaydasında olmasını göstərməkdir.

Mən Şengen Vizası almaq təcrübəmi bölüşmək istəyirəm. Turistik Şengen vizası üçün lazımi sənədlər.

  • Xarici pasport - pasportun bitəcəyi tarix viza üçün müraciət edilən tarix intervalından sonra ən az 3 ay etibarlı olmalıdır.
  • Şəxsiyyət vəsiqəsi - əsli və hər iki tərəfli sürəti
  • Səyahət sığorta sənədi - əsli və sürəti. Sığorta məbləği ən azı 30.000 avro olmalıdır. Bu məqama bir qədər aydınlıq gətirim. Sığorta şirkəti səyahət müddətinizə əsasən yaşınız və digər parametrlərə görə birdəfəlik sığorta ödənişi tələb edir. Mən sığorta üçün cəmi 20 AZN ödəmişdim.
  • Aviabilet - uçuş və ya səfər biletlərinin gediş-gəliş üçün iki tərəfli reservasiyası və ya alınması haqqında sübut sənədi. Elektron alınsa belə onun sürətləri lazımdır. Əslində aviabiletlərin alınması məsləhət görülmür. Çunki, hər hansı bir səbəbdən sizə Viza verilməzsə, kobud desək, pulunuz batacaq.
  • Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut - Hesabınızda lazımi qədər məbləğin olmasını göstərmək lazımdır. Bunun üçün hesabınızın hansı bankda olmasından asılı olaraq, ora mürəciət edib, hesabınıza dair məktub çıxarış tələb edin. Xüsusi qeyd edin ki, Şengen vizası üçün lazımdır və hansı səfirliyə təqdim ediləcəyini də vurğulayın. Həmin sənəddə hesabınızdakı məbləğ və onun Avro ekvivalenti qeyd ediləcək. Hesabda ən azı sayahət günləri üçün gündəlik 50 Avro + Aviabilet pulu + Yaşamaq üçün hotel və ya hostel rezervasiyasını ödəyəcəyin pul.
  • Mütəmadi gəlirin olmasına dair sübut - Mən Şengen vizasın aldığım vaxt artıq daimi iş yerim olduğu üçün oradan sənəd almaq lazım idi. Bunun üçün vaxt itirmədən Elektron hökümət portalında öz hesabıma daxil oldum və "İş yerinə dair arayış" bölməsindən lazımi sənədi 1 dəqiqəyə əldə etdim. Orada "maaş göstərilməklə" və "Almaniya səfirliyinə" təqdim ediləcəyini qeyd etdim. Elektron hökümət portalından istifadə qaydaların növbəti yazılarımda göstərəcəm.
  1. Almaniya
  2. Fransa
  3. İtaliya
  4. İspaniya
  5. Polşa
  6. Niderland
  7. Belçika
  8. Yunanıstan
  9. Portuqaliya
  10. Çexiya
  11. Macarıstan
  12. İsveç
  13. Avstriya
  14. İsveçrə
  15. Danimarka
  16. Slovakiya
  17. Finlandiya
  18. Norveç
  19. Litva
  20. Latviya
  21. Sloveniya
  22. Estoniya
  23. Lüksemburq
  24. Malta
  25. İslandiya
  26. Lixtenşteyn

Bu yazı shamkh.al dan arxivləşdirilib. [November 30, 2018]

shamkh [dot] al / sengen-vizasi

Məqalədə istifadə olunan linklərin bir qismi köhnəldiyindən yığışdırılıb.

Şengen Vizası

Digər yazılar

Crescent Mall fontan saatı
Crescent Mall terras ərazisində yerləşən xoreoqrafik fontan şousu yenidən xidmətinizdədir! ⛲️
Bakıda su verilməsinin normal rejimi
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatı 📢
COP29 zamanı məktəblər necə olacaq?
COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair tədbirlər haqqında Qərar
İyul ayından etibarən yeni qiymətlər
Azərbaycanda benzinin, avtobus və metro qiymətlərində artım müşahidə olunur.