Trendyol indi Azərbaycanda!

Trendyol indi Azərbaycanda!

Artıq Trendyol vasitəsi ilə birbaşa Azərbaycana, evə qədər və yaxud "Gəl - Al" nöqtələrinə sifariş etmək mümkündür.

  • İlk növbədə alacağımız mal Azərbaycana göndərilməsi üçün uyğun olmalıdır. Bunu xüsusi işarə ilə qeyd ediblər. İşarənin olduğuna əmin olduqdan sonra istədiyimiz malı səbətə əlavə edirik.

  • Səbətə ilk dəfə keçdikdən sonra bizə şəxsi məlumatlarımızı daxil etmək üçün pəncərə açılacaq. Bu pəncərədə şəxsi məlumatlarımızı olduğu kimi qeyd edirik. Şəxsiyyət vəsiqəsində qeyd olunan FİN kodunuzu düzgün qeyd etdiyinizə əmin olduqdan sonra yadda saxlayırıq.

  • Məlumatlarımızı doldurduqdan sonra Trendyol bizə Azərbaycan qeyd olunan "Gəl - Al" nöqtələrinə birbaşa göndərilməni təklif edəcək. Bu zaman bağlama sizin evə qədər deyil, həmin poçt məntəqəsinə və yaxud digər nöqtələrdən əldə etməni təklif edir.

Növbəti addımda sizə Gömrüyə bəyannamə vermək lazımdır. bəyannamənin doldurulması öncəki zaman həyata keçirilən şəkildə aparılacaq. Daha ətraflı keçmiş yazımda oxuya bilərsiniz: Gömrük Bəyannaməsi Necə Hazırlanır?

Trendyolun paylaşdığı bukletlər:


Digər yazılar

Gömrük Bəyannaməsi Necə Hazırlanır?
Elektron ticarət - sadələşdirilmiş bəyannaməsinin doldurulma qaydası
Novruz Bayramı 2023
Novruz bayramınız Mübarək olsun!
İstehsalat təqvimi - 2023
2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:
ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI
ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilmişdir.