Hamster Kombat - nədir?

Hamster Kombat demək olar ki, hər addımdadır.

748 oxunuş 3 dəqiqə

Hamster Kombat demək olar ki, hər addımdadır. Hər kəs öz hamsterlərini göstərir, bonuslar üçün bir-birinə dəvətlər göndərir, bu oyun haqqında videolar milyonlarla baxış toplayır və internet hamster memləri ilə dolub-daşır.

Hamster Kombat - nədir? Hamster Kombat — Telegram-dakı eyni adlı bot vasitəsilə işə salınan, mini-tətbiq vasitəsilə mövcud olan bir oyundur. Əslində bu, istifadəçinin ekrana toxunaraq "pul" qazandığı və daha sonra həmin pulları "kripto birjasını" yaxşılaşdırmaq üçün xərclədiyi tipik bir klik oyunudur, beləliklə pul öz-özünə qazanılır.

Beləliklə, "hamster" oyununun bütün oyun mexanikası üç sadə şeyə əsaslanır:

  • Oyunçu hamsterə tıklayır və hər tıklamaqla müəyyən miqdarda pul qazanır, bu isə "Toxunma gəliri" parametrinin nə dərəcədə inkişaf etdiyinə bağlıdır;
  • İstifadəçi müxtəlif kartlar alaraq "kripto birjasını" yaxşılaşdırır, belə ki, "Saatlıq gəlir" parametrinə uyğun olaraq öz-özünə pul qazansın; Amma burada bəzi limitlər var, məsələn hər 3 saatdan bir oyuna daxil olub, həmin pulları yığasan.
  • Oyunçu müxtəlif mini-tapşırıqları yerinə yetirir ki, ani gəlir əldə etsin, məsələn, kombinasiyanı toplamaq və ya Mors əlifbasından şifri tapmaq kimi. Bu barədə hər gün internetdə müxtəlif forum və çatlarda milyonlarla oyunçu tərəfindən tapılaraq paylaşılır.

"Hamster"ın digər oyunlarından əsas fərqi ondadır ki, oyunçuların qazandığı "pullar" — deyilənə görə "kriptovalyutadır". Oyun yaradıcıları söz verirlər ki, oyunçular tezliklə bütün yığılmış "pulları" real pula dəyişdirilə biləcəklər. Lakin həmin "pulların" real pullara mübadiləsi zamanı müəyyən düsturdan istifadə edəcəklər. Yəni, yığılmış pullar 1:1 nisbətində deyil, digər əmsalla hesablanacaqdır.

Hal hazırda oyundan yığılmış "pulların" əldə edilməsi mümkünsüzdür. Belə bir funksionallıq yoxdur!

Bəzi mütəxəssislər bu cür oyunların bir tərəfdən zərərli, digər tərəfdən isə sadəcə vaxt öldürmək üçün istifadə olunduğunu bildirir. Oyun yaradıcılarının verdiyi sözlər yalnız internetdə paylaşılmış müəyyən tvitlərə əsaslanır. Əlavə olaraq, bir daha qeyd etmək istərdim ki, bu cür oyunlar oynanılarkən diqqətli olmaq lazımdır. Oyun zamanı bank və ya digər maliyyə hesablarının məlumatlarını, şifrələrini daxil etmək olmaz.

Əgər bu oyunu oynamaq fikrinə gəlsəniz, telegrama daxil olub, bu linkdən istifadə edə bilərsiniz. hamster_kombaT_bot

Yekun olaraq, bildirmək istərdim ki, hal-hazırda Hamster sadəcə bir oyundur və onu ciddiyə alıb-almamaq isə hər kəsin öz qərarıdır.

Hamster Kombat - nədir?

Digər yazılar

Microsoft-un Copilot-u İndi Telegram-da
Copilot mətn yarada və suallara cavab verə bilir. İndi bu alət Telegram chatbot kimi istifadəçilərə təqdim olunur.
Telegram Stories
Telegram bir yenilik: Telegram Stories. Müddətli və yaxud müddətsiz paylaşım etmək imkanı.
Telegram hesabın silinməsi
Qeyd edim ki, smartfonunuzdan telegram tətbiqinin silinməsi, hesabın silinməsi deyil. Tətbiq silindikdən sonra, yenidən giriş...