Microsoft-un Copilot-u İndi Telegram-da

Copilot mətn yarada və suallara cavab verə bilir. İndi bu alət Telegram chatbot kimi istifadəçilərə təqdim olunur.

576 oxunuş
2 dəqiqə

Microsoft-un yeni süni intellekt vasitəsi olan Copilot, artıq Telegramda chat-bot kimi istifadəyə verilib. Bu yeni funksiya, istifadəçilərə dostları ilə adi söhbət edirmiş kimi AI ilə danışmağa imkan verir. Copilot müxtəlif suallara cavab verə bilir, məsələn, "Hansı filmi izləməliyəm?" və ya "Bu gün hansı futbol oyunu var?".

Telegram üçün olan Copilot botu hazırda beta versiyadadır. Botu istifadə etmək üçün @CopilotOfficialBot istifadəçi adını axtara bilərsiniz. Bu xidmət Telegram istifadəçiləri üçün pulsuzdur və həm mobil, həm də masaüstü cihazlarda istifadə edilə bilər. Lakin, botdan istifadə etmək üçün telefon nömrənizi təqdim etməlisiniz.

Digər şirkətlər də AI chatbotlarını öz mesajlaşma platformalarına inteqrasiya edir. Məsələn, Meta Instagram, Messenger və WhatsApp-da Meta AI-ni sınaqdan keçirir. Google isə Android cihazlarında Google Messages-də Gemini adlanan süni intellektdən istifadə etməyə imkan verir. Gemini barəsində növbəti bloq yazımda ətraflı danışacam.

Microsoft-un Copilot-un Telegram-da istifadəyə verilməsi, süni intellektin gündəlik həyatımıza daha çox daxil olmağa başladığını göstərir. Bu yenilik, AI-nin potensialını daha çox insana çatdırmağa və rəqəmsal dünyada yeni imkanlar yaratmağa kömək edir.

Hər bir yeni buraxılan "süni intellekt" aləti məlumatlarla işləmə mexanizminə görə özünəməxsusdur. Copilot cavab verərkən istifadə etdiyi məlumatlara istinad linkləri verir.

Microsoft-un Copilot-u İndi Telegram-da

Digər yazılar

Hamster Kombat - nədir?
Hamster Kombat demək olar ki, hər addımdadır.
Telegram Stories
Telegram bir yenilik: Telegram Stories. Müddətli və yaxud müddətsiz paylaşım etmək imkanı.
Telegram hesabın silinməsi
Qeyd edim ki, smartfonunuzdan telegram tətbiqinin silinməsi, hesabın silinməsi deyil. Tətbiq silindikdən sonra, yenidən giriş...