Nar+ un plusları

Nar mobile "Nar+" adında "şəxsi kabinet" -ini istifadəyə buraxdı.

91 oxunuş 3 dəqiqə

Bu yazı telegra.ph blogumdan arxivləşdirilib.

Bu günlərdə Nar mobile "Nar+" adında "şəxsi kabinet" -ini istifadəyə buraxdı. Mən də həmin tətbiqi yükləyib ilkin təəsüratlarımı bölüşməyi qərar verdim.

Tətbiqin logosu

Tətbiqi yüklədikdən sonra ilk gözümə dəyən məsələ logo oldu. Logu şəklinin kənarlarının kvadrat şəkildə olmağı və logonun özünün simmetrik olmadığı üçün bir qədər ilk təəsüratı korlayır.

redesigned by bayramoff Ona görə 1-2 dəqiqə kompüterdə vaxt ayırıb tətbiqin logosunun redizaynını elədim, düşünürəm ki, belə daha məqsədəuyğun olardı.

Tətbiqə giriş

Tətbiqə daxil olan kimi onun Android -də "Splash Screen (açılış)" səhifəsini görürük. Və qeyd etmək lazımdır ki, çox düzgün realizə edilib. Əvvəlki yazılarımın birində bu mövzunu ətraflı işıqlandırmışdım.

Tətbiqə daxil olduqda ilk öncə "splash screen" kimi fon rəngini görürük, sonra ekrana Logo və Slogan gəlir, ancaq bundan sonra isə tətbiq əsas səhifəyə keçid edir. Tətbiqə daxil olduqda hiss olunur ki, tətbiq üzərində əməlli çalışıblar.

Qeydiyyat səhifəsi

Tətbiqdən istifadə etmək üçün hesab açmaq lazımdır. Ona görə ilk olaraq qeydiyyat düyməsini sıxırıq. Qeydiyyat 3 mərhələdən ibarətdir. 1-ci mərhələdə nömrəmi qeyd elədim və ora birdəfəlik kod ilə qısa mesaj gəldi və onu 2-ci mərhələdonu daxil elədim. Təsdiq etdikdən sonra 3-cü mərhələdə hesabımı istədiyimiz şifrə ilə qeydiyyatı tamamladım.

Qeydiyyat zamanı artıq hər yerdə Nar -ın unikal şriftlərindən istifadə edildiyi görünür.

Əsas səhifə

Şriftlər, ikonlar, rənglər bir birini tamamlayır, kiçik detallara qədər belə düşünülüb.

Düzü mən heç vaxt Android tətbiqlərdə bu "bottom navigation" -nu bəyənməmişəm və düşünürəm ki, onu "Float Action Button" ilə əvəz etmək daha düzgün olardı. Amma yenə də qeyd etmək lazımdır ki, ikonlar üzərində işlər xırdalığına qədər aparılıb.

"Əsas" düyməsinin seçildiyi zaman

"Tariflər" düyməsinin seçildiyi zaman

"Xidmətlər" düyməsinin seçildiyi zaman

"Balans" düyməsinin seçildiyi zaman

"Hesabım" düyməsinin seçildiyi zaman

Mənfi tərəflər Əlbəttə dizaynın və interfeysin güclü tərəfləri olduğu kimi, zəif tərəfləri də var. Əsas şikayətim sol menyunun yuxarı hissəsi ilə əlaqədardır.

Yuxarı hissədə elementlər tam olaraq qeyri simmetrikdir. Boz rəngində naməlum profil şəkli ilk baxışdan ümumiyyətlə düymə olduğu hiss olunmur. Elə hiss yaranır ki, zaman qıtlığından bu hissəni yola veriblər.

Həmin boz şəkli tıkladıqda istifadəçi profili açılır. Nar ikonun yanındakı "aşağı" ikonu da düymədir. Həmin düymə "Hesabı idarə et" səhifəsinə aparır ki, orada siz bir tətbiq içində bir neçə nömrəni idarə etmək kimi imkanı əldə edirsiz.

Gözümə çarpan daha bir problem düymələrlə əlaqəlidir. Onların sıxılması zaman heç bir animasiya baş vermir. Material Design -da buna "ripple effect" deyilir.

Ümid edirəm dizayner və proqramçılar növbəti versiyada bu məqamları düzəldəcəklər.

Yükləmək üçün göstərilmiş linklərdən istifadə edə bilərsiniz: Android / iOS

Bu yazı telegra.ph dan arxivləşdirilib. [August 27, 2019]

telegra [dot] ph / Nar--un-pluslar%C4%B1-08-27

Nar+ un plusları

Digər yazılar

Harada mesajlaşırıq?
Facebook sosial şəbəkəsinin əvvəllər mesaj bölməsi var idi, həmin bölmə illərlə inkişaf etdi, "Messenger" tətbiqinə çevrildi
SearchGPT axtarış sistemi
SearchGPT- axtarış dünyasında inqilab?
Minecraft 15 yaşını qeyd edir
Minecraft 15 yaşını Google-ın maraqlı oyunu ilə qeyd edir.
Google I/O 2024
Texnologiya həvəskarı olmasanız belə, eşitmək üçün həyəcanverici şeylər var!