SearchGPT axtarış sistemi

SearchGPT- axtarış dünyasında inqilab?

232 oxunuş 2 dəqiqə

SearchGPT, "Süni intellekt" üzərində qurulmuş yeni və innovativ axtarış sistemi olaraq təqdim edilir. Google, Bing, Yandex kimi ənənəvi axtarış sistemlərinə alternativ olaraq tanıdılan SearchGPT, istifadəçilərin yazdıqları axtarış mətninin kontekstini daha dərindən anlayaraq, daha dəqiq və effektiv cavablar göstərməyi vəd edir. Bu sistemin əsasını, güclü dil modeli olan ChatGPT təşkil edir ki, bu da onun adında və domenində öz əksini tapmışdır. SearchGPT, süni intellektin gücünü istifadə edərək, axtarış təcrübəsini yeni səviyyəyə qaldıracağına dair iddialar irəli sürür. Hələ ki, bu yeni sistemin real məhsulunu görməmişik, amma onun təqdim etdiyi potensial və vədlər, axtarış dünyasında inqilab yarada biləcəyini göstərir.

SearchGPT iddia edir ki, axtarış daha sürətli və rahat olacaq.

Verilmiş suallara daha qısa zamanda cavab verməyə çalışacaq.

Real-time çalışaraq müxtəlif güvəniləcək mənbələrdən məlumat göstərəcək.

Axtarış daha təbii, intuitiv şəkildə baş verəcək.

Vizual görüntü ilə axtarışın nəticəsi daha gözəçarpan olacaq.

SearchGPT ilə maraqlanırsınızsa, ilk istifadəçilərdən olmaq üçün canlı növbə götürmək lazımdır. İlkin mərhələdə hissəli şəkildə istifadəçilərə təqdim olunacaq.

https://chatgpt.com/search

ChatGPT haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, Chat GPT-4o: Süni İntellektdə Yeni DövrChat GPT Artıq qeydiyyatsız bloq yazımı oxuya bilərsiniz.

SearchGPT axtarış sistemi

Digər yazılar

Harada mesajlaşırıq?
Facebook sosial şəbəkəsinin əvvəllər mesaj bölməsi var idi, həmin bölmə illərlə inkişaf etdi, "Messenger" tətbiqinə çevrildi
Nar+ un plusları
Nar mobile "Nar+" adında "şəxsi kabinet" -ini istifadəyə buraxdı.
Minecraft 15 yaşını qeyd edir
Minecraft 15 yaşını Google-ın maraqlı oyunu ilə qeyd edir.
Google I/O 2024
Texnologiya həvəskarı olmasanız belə, eşitmək üçün həyəcanverici şeylər var!