Milyonlarla insanın eyni zamanda istifadə etdiyi və "suni intellekt" adlandırılan ChatGPT artıq bu gündən etibarən qeydiyyatsız istifadə üçün açıldı. Əvvəl olduğu kimi pulsuz olaraq yalnız ChatGPT 3.5 versiyasını istifadə etmək olar, bu gündən isə həm də qeydiyyatsız əlçatan edilib. Bu versiya istifadəçiləri tərəfindən gündəlik (sadə) sorğular üçün artıqlaması ilə qane edir.
https://chat.openai.com/
Hesaba daxil olmadan linkə keçid etdikdə bizə tanış olan səhifə peyda olur. Yuxarı menyudan isə görünür ki, ChatGPT 3.5 istifadə olunur.
Lakin ChatGPT 4 versiyasını yoxlamaq üçün hesab yaratmaq və əlavə pul vermək lazımdır. Aylıq 20$ abunəlik olan Premium versiyaya daha sürətli cavab, Dall-e ilə şəkil generasiya etmək, internetdə axtarış imkanlarını əldə etmək mümkündür.
"ChatGPT" "süni intellekt"-indən istifadə zaman unutmaq lazım deyil ki, "ChatGPT can make mistakes." yəni, ChatGPT bu və ya digər mövzuda səhv məlumat paylaşa bilər.