Hesabların kiberhücumlardan qorunmaq

Son günlər sosial şəbəkə istifadəçilərin hesablarına kiberhücumların olduğu xəbəri yayılır.

1190 oxunuş
3 dəqiqə

Son günlər sosial şəbəkə istifadəçilərin hesablarına kiberhücumların olduğu xəbəri yayılır. Bu səbəbdən bu problem haqqında bir qədər öz şərhimi vermək istərdim.

Əgər qeydiyyatda olduğunuz sayların və yaxud sosial media hesablarınıza Kiberhücumların qarşısını almaq istəyirsinizsə, bir neçə məqamları unutmayın.

İlk növbədə şifrə və yaxud parolun seçilməsi məsələsidir. Hər bir sosial şəbəkə hesabınızda digərlərindən fərqli olan şifrələrdən istifadə edilməlidir. Bütün qeydiyyatları özünüz edin. Daim istifadə etdiyiniz poçt ünvanı açın, varsa elə ancaq onu qeydiyyatlarınız zamanı istifadə edin. Hesablarınızı ancaq daim istifadə etdiyiniz, yəni aktiv olan və öz adınıza olan mobil nömrəniz vasitəsi ilə qeydiyyata alın.

Əgər istifadə etdiyiniz saytın və yaxud sosial şəbəkənin İkili Autentikasiyası varsa, onu aktivləşdirin. məs: Google Authenticator

Əgər sizə qəflətən Şifrənin bərpasına görə SMS və yaxud ELEKTRON POÇT gəlibsə, onu heç harada paylaşmayın. Birbaşa silərək özünüzdən uzaq edin. Əgər hesabınıza giriş edilmə təhlükəsi varsa, şifrəni dərhal özünüz tam fərqli bir şifrə ilə yeniləyin.

Şifrələrin seçilməsi zamanı aşağıdakı məqamları nəzərə almaq lazımdır:

Şifrələr 8 simvoldan uzun olmalıdır, Şifrələrdə rəqəmlərdən, böyük və kiçik hərflərdən istifadə edilməlidir, Və şifrələrdə işarələrdən (!,@,...) istifadə edilməsi məsləhətdir. Eyni zamanda şifrə çox istifadə olunan sözlər olmamalı, və təkrarlanmalara yol verilməməlidir. məs: qwerty, 123123)

Doğum, telefon nömrəniz, adınız, soyadınız və ata adınızdan istifadə edilməməlidir.

Qeydiyyat zamanı hansı saytda olduğunuzu bir daha yoxlayın. Şübhəli saytlardan istifadə etməyin. Öz məlumatlarınızı daxil etməyin. Saytların https olduğunu yoxlayın. Əlavə olaraq, əgər facebook səhifənizə giriş etmək istəyirsinizsə, domenin düzgün olduğunu gözdən keçirin.

facebouk.com ❌

faeebook.com ❌

facebook.com ✅

Ancaq öz cihazlarınızdan, yəni smartfon və kompüterdən istifadə edin. İctimai yerlərdə, internet klublarda çalışın hesablarınıza daxil olmayın. Olursuzsa əgər, yekunda hesabınızdan çıxmağı unutmayın.

Elektron poçt qutunuza gələn şübhəli məktublara cavab verməyin, linklərdən keçid etməyin. Bu cür SPAM məlumatlar sizə SMS və yaxud whatsapp və sosial şəbəkə vasitəsi ilə də gələ bilər. Cavab vermədən, silin. Səhifədirsə şikayət edin.

Əlavə olaraq poçt qutusu kimi google və yaxud yandex poçt sistemlərindən istifadə edilməsini məsləhət görürəm. Onların daxili sistemlərində SPAM-a qarşı güclü iş aparılır.

İnternet resurslardan istifadə etdiyiniz zaman daim diqqətcil olun. Hansı sayta daxil olduğunuza və hansı linklərdən keçdiyinizə daim nəzarət edin.

Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com

Hesabların kiberhücumlardan qorunmaq

Digər yazılar

Harada mesajlaşırıq?
Facebook sosial şəbəkəsinin əvvəllər mesaj bölməsi var idi, həmin bölmə illərlə inkişaf etdi, "Messenger" tətbiqinə çevrildi
Nar+ un plusları
Nar mobile "Nar+" adında "şəxsi kabinet" -ini istifadəyə buraxdı.
SearchGPT axtarış sistemi
SearchGPT- axtarış dünyasında inqilab?
Minecraft 15 yaşını qeyd edir
Minecraft 15 yaşını Google-ın maraqlı oyunu ilə qeyd edir.