"Mobil ödəmə" xidməti

Azercell öz şəxsi kabinet adlı mobil tətbiqində "Mobil ödəmə" xidmətini əlavə edib.

1230 oxunuş
2 dəqiqə

8 yanvar 2020-ci il tarixindən etibarən Azercell öz şəxsi kabinet adlı mobil tətbiqində "Mobil ödəmə" xidmətini əlavə edib. Bu xidmət vasitəsi ilə azercell mobil nömrənizin balansı vasitəsilə kommunal və digər ödəmələrinizi edə bilərsiniz.Şəxsi fikrimcə bu xidmət Balansa yatırdığımız pulun çıxarılması effektini verəcək.

Məsələn, nömrədə yığılıb qalan və istifadə etmədiyimiz balansdan istifadə edərək ödəmələrimizi edə bilərik. Nömrənin aktivlik müddəti artsın deyə balansı artırmaq ehtiyac olduqda balansı asanlıqla böyük məbləğə artırıb sonradan həmin balansla ödəmələrimizi etməklə istifadə edə bilərsiniz.

Şəxsi kabinet tətbiqində "Mobil ödəmə" interfeysi

Xidmətdən yararlanmaq üçün Azercell şəxsi kabinet mobil tətbiqini yükləmək və yaxud son versiyaya yeniləmək lazımdır. Şəxsi kabinetin menyusundan "Mobil Ödəmə" menyusuna daxil olub, istifadə şərtləri ilə tanış olmaq lazımdır.

Şərtləri qəbul etdikdən dərhal sonra ödənişlərimizi edə bilərik. Ödəniş etmək mümkün olan siyahı hələ çox kiçikdir. Qısa zamanda ödəmə imkanlarının artırılacağına söz verilib.

Məhdudiyyətlər

Qeyd etmək lazımdır ki, "mobil ödəmə" xidmətində aşağıdakı limitlər mövcuddur.

Balansa minimum 3 AZN olmalıdır. Birdəfəlik ödəmənin maksimum həddi 50 AZN təşkil edir. Aylıq ümumi ödənişlərin maksimum həddi 500 AZN təşkil edir.

Tətbiqin yükləmə linki: https://azercell.page.link/LkpnfYz4aPbcnDN18

Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com

"Mobil ödəmə" xidməti

Digər yazılar

Harada mesajlaşırıq?
Facebook sosial şəbəkəsinin əvvəllər mesaj bölməsi var idi, həmin bölmə illərlə inkişaf etdi, "Messenger" tətbiqinə çevrildi
Nar+ un plusları
Nar mobile "Nar+" adında "şəxsi kabinet" -ini istifadəyə buraxdı.
SearchGPT axtarış sistemi
SearchGPT- axtarış dünyasında inqilab?
Minecraft 15 yaşını qeyd edir
Minecraft 15 yaşını Google-ın maraqlı oyunu ilə qeyd edir.