Bu yazı telegra.ph blogumdan arxivləşdirilib.
Hal hazırda yazdığım məqalə elə danışmaq istədiyim "məqalə yazıb-paylaşmaq" platforması olan Telegra.ph -a aiddir.
Məqaləni tam olaraq anonim yazmaq imkanı
İstənilən sayda multimediya obyekti yerləşdirmək imkanı
Məqaləni yazdığın kimi görsənir
PULSUZDUR və
LİMİTSİZDİR
Bloq yazılarını yazıb paylaşmaq üçün domen almaq, xosting almaq və onun daim əlçatan olmasını saxlamaq üçün nə vaxt lazımdır, nə də xərc. Yazırsan və paylaşırsan.
İstənilən platforma kimi telegra.ph -ın da müəyyən çatışmamazlıqları var.
Neytral tərəfi də var :)
minimalistik dizayn - zövqlər müxtəlifdir. mən şəxsən bəyənirəm amma kimsə sevməyə də bilər. Məncə tam normal haldır. Telegra.ph bizə əsas kontentdə fokuslanmağı öyrədir. Əsas yazmaq, demək istədiyin sözdür. Məlumatdır. Telegra.ph -ın developerlər üçün API da var.
Burada məqaləni tam olaraq anonim yazmaq imkanı var, istənilən ad altında imzala vəssəlam. Məqaləyə istənilən sayda şəkil, video, yazı, və s. əlavə etmək mümkündür.
Həmin məqaləni istənilən sosial şəbəkədə paylaşmaq olar, və o hər zaman əlçatan olacaq. Əlbəttə istənilən yeni bir platforma olaraq, Telegra.ph -ın da başlanğıcda müəyyən çətinliklərlə rastlaşırsan, amma qısa zamanda onun işləmə prinsipini tutandan sonra artıq üstünlüklərindən istifadə edirsən.
Bu yazı telegra.ph dan arxivləşdirilib. [February 07, 2019] telegra [dot] ph / telegraph---Yeni-n%C9%99sil-blogging-02-07