WhatsApp-da spam mesajları

Son günlərdə istifadəçilər tanımadıqları nömrələrdən arzuolunmaz spam mesajları əldə etməyə başlayıblar

403 oxunuş 2 dəqiqə

Son günlərdə WhatsApp istifadəçiləri tanımadıqları nömrələrdən gələn arzuolunmaz spam mesajlarının əhəmiyyətli dərəcədə artması ilə üzləşiblər. Bu nömrələrin əksəriyyətinin Hindistan və Efiopiyadan olduğu görünür. Spam məzmunu ana dilimizdə olsa da, diqqətlə baxıb, düşünsək ilk mesaj üçün qeyri-adi bir mesaj olduğu görünür.

Bu cür mesajlara ümumiyyətlə cavab verməməyi, əksinə dərhal SPAM və BLOCK etməyi məsləhət görülür. Mesajlara cavab yazmaqla WhatsApp-a bu nömrəni tanıyıram kimi ifadə edirsiniz. Beləliklə bu cür SPAM göndərən insanlar və yaxud hazır BOT sistemlər daha çox adama SPAM göndərməyi bacaracaq. Eyni zamanda sizin üçün əlavə təhlükəsizlik riski olacaq, bu nömrələrdən sizə daha çox spam mesajların gəlməsinə, zərərverici faylların, linklərin göndərilməsinə yol açacaqsınız.

Sizə tanımadığınız nömrələrdən mesajlar gəldiyi zaman aşağıdakıları diqqətinizdə saxlayın:

  • Fişinq linkləri: Mesajlar şəxsi məlumatları oğurlamaq və ya zərərli proqramları quraşdırmaq üçün nəzərdə tutulmuş vebsaytlara yönləndirən şübhəli keçidlərdən ibarət linklər.
  • Yalan Reklamlar: Real olmayan təkliflər, pulsuz hədiyyələr və ya sərmayə imkanları təqdim edərək istifadəçiləri aldadan mesajlar.
  • İş Fırıldaqları: Əvvəlcədən ödəniş və ya şəxsi məlumat tələb edən gəlirli iş və ya asan qazanc təklifləri.
  • Saxtakarlıq: Məşhur markaları və ya hökumət təşkilatlarını təqlid etməyə çalışaraq qanuni kimi görünməyə çalışan mesajlar.

Spam mesajlarının axını ciddi təhlükəsizlik riski yaradır. Bu mesajlarda olan linklərə klikləmək və ya onlarla qarşılıqlı əlaqə qurmaq məlumat sızması, maliyyə itkiləri və ya şəxsiyyət oğurluğuna səbəb ola bilər. Son zamanlar qlobal səviyyədə WhatsApp istifadəçiləri bu cür fırıldaqlara məruz qalır.

Yalnız birlikdə parlaq və təhlükəsiz rəqəmsal üfüq yarada bilərik! 🌐

WhatsApp-da spam mesajları

Digər yazılar

Kibertəhlükəsizlikdə Mental Sağlamlıq
Stresslə mübarizə və dəstək yollarını öyrənin, pulsuz kurs və sertifikat ilə tanış olun.
YENİ fırıldaqçılıq üsulu Telegramda
Saxta qadın profilləri, yoluxmuş linklər və bank mükafatları və s.
Kibergigiyena
Kibergigiyena üzrə ən ilkin təcrübələr
Xalq Sığorta -nın facebook səhifəsi hacklanıb
"Xalq Sığorta" ASC-nin Facebook səhifəsi haker hücumuna məruz qalıb.