Kibergigiyena

Kibergigiyena üzrə ən ilkin təcrübələr

402 oxunuş 2 dəqiqə

Güclü şifrələri istifadə edin! Hesablarınızı qorumaq üçün uzun, təsadüfi və müxtəlif simvollardan ibarət şifrələr istifadə edin. Belə şifrələr mürəkkəb olduğuna görə, digər şəxslər tərəfindən tapılması daha çətindir. Güclü şifrə yaratmaq üçün onlayn alətlərdən istifadə edə bilərsiniz, məs: Password Generator by Bayramoff

Şifrə meneceri Şifrə menecerlərindən istifadə etmək, güclü şifrələri yadda saxlamaq və təkrar istifadəsini azaltmaq üçün faydalı ola bilər. Bu mövzu barəsində ətraflı olaraq yaxın günlərdə blog yazısı yazacam.

Şifrələri tez-tez yeniləyin! E-poçt və digər hesab şifrələrini mütəmadi olaraq dəyişdirin. Adətən şifrəni 90 gündən bir yeniləmək məsləhət görülür.

İki Faktorlu Kimlik Təsdiqi (2FA) Mümkün olduqda, hesablarınız üçün iki faktorlu kimlik təsdiqini aktivləşdirin. Bu, hətta şifrəniz sızdırılsa belə, hesabınıza qeyri-müəyyən şəxslərin girişini çətinləşdirəcək.

Şübhəli e-məktublara aldanmayın! Əgər e-poçt və mesajlara 3-cü şəxslərdən gözləmədiyiniz şübhəli məktub və yaxud mesaj gəlibsə, əlavə edilmiş faylları yükləməyin və eyni zamanda linklərə keçid etməyin.

Naməlum mənbələrdən yükləmələr etməyin! Sizə tanış gəlməyən, naməlum və yaxud yeni yaradılmış veb resurslardan yükləmələr etməyin! Bu cür veb resurslar internet cinayətkarlar tərəfdən virusların yayılması üçün istifadə oluna bilər.

Yenilənmələri vaxtında edin! Kompüter və mobil cihazlarda əməliyyat sistemini və istifadə etdiyiniz digər proqram təminatlarını daim son stabil versiyaya qədər yeniləyin. Bu yeniləmələr, təhlükəsizlik boşluqlarını bağlamaq üçün vacibdir.

Daxil olduğunuz saytın adının dəqiqliyinə fikir verin. Keçid etdiyiniz linkləri daim nəzarətdə saxlayın.

Hesabların kiberhücumlardan qorunmaq barəsində digər bloq yazımdan oxuya bilərsiniz.

Kibergigiyena

Digər yazılar

Kibertəhlükəsizlikdə Mental Sağlamlıq
Stresslə mübarizə və dəstək yollarını öyrənin, pulsuz kurs və sertifikat ilə tanış olun.
YENİ fırıldaqçılıq üsulu Telegramda
Saxta qadın profilləri, yoluxmuş linklər və bank mükafatları və s.
WhatsApp-da spam mesajları
Son günlərdə istifadəçilər tanımadıqları nömrələrdən arzuolunmaz spam mesajları əldə etməyə başlayıblar
Xalq Sığorta -nın facebook səhifəsi hacklanıb
"Xalq Sığorta" ASC-nin Facebook səhifəsi haker hücumuna məruz qalıb.