Azercell 8 yanvar 2020-ci il tarixində şəxsi kabinet adlı mobil tətbiqində "Mobil ödəmə" xidmətini əlavə etmişdir. Bu xidmət vasitəsi ilə azercell mobil nömrənizin balansı vasitəsilə kommunal və digər ödəmələrinizi etmək mümkün idi. Daha ətraflı keçmiş yazımda oxuya bilərsiniz.
10.01.2023-cu il tarixindən etibarən bu xidmət ləğv edilir. Əvəzində "akart" xidmətindən istifadə təklif edilir. Bu xidmət haqqında ayrıca olaraq bloqda yazacam. Azercell-in rəsmi mesajını isə aşağıda təqdim edirəm ?
Hormetli Abunechi, 10.01.2023-cu il tarixinden etibaren Kabinetim mobil tetbiqinde hal-hazirda movcud olan "Mobil Odeme" xidmeti legv edilecek. "Mobil Odeme" xidmetinden qeyd olunan tarixedek yararlana bilersiniz. Eyni zamanda nezerinize chatdiririq ki, 21.09.2022-ci il tarixinden yenice teqdim edilen "akart" xidmeti de aktivdir. "akart" size mobil odeme xidmeti cherchivesinde bir chox servislerden ve daha genish partnyor shebekesinden yararlanmaq imkanini teqdim edir.
Azercell bir müddət öncə tətbiq vasitəsi ilə "EDV Geri Al" xidmətindən istifadəni də ləğv etdi.
Həmçinin Telegram kanalıma abunə olmağı unutmayın. https://t.me/bayramoff_com